Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Baku-2015”-in radiokommunikasiya təchizatı üçün 5 min “Motorola” mobil radiostansiyası təqdim edilib


“Baku-2015”  I Avropa Oyunlarının radiokommunikasiya təchizatı üçün 5 min “Motorola” şirkətinin istehsalı olan mobil radiostansiya təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qurğular yüksək zərbəyədayanıqlılığı, istifadədə sadəliyi ilə seçilirlər. “Motorola”nın istehsal etdiyi “Tetra” radioqurğuları bir düyməni aktiv etməklə konfrans rabitə yaratmağa imkan verir və dünyada mövcud olan bütün radiorabitə standartlarını dəstəkləyir. Əsas stansiyada radioqurğuları daşıyan personalın yerdəyişmələrini izləmək mümkündür.
 
Qeyd edilən qurğuların əsas üstünlüklərindən biri məlumatların şifrlənməsi və səsli xidmətlərlə yanaşı, məlumat ötürmə xidmətlərinin mövcudluğunu da qeyd etmək olar.

“Motorola” avadanlıqlarına xüsusi aksessuarlar da əlavə edilir ki, bura kənar səslərin qarşısını alan və eləcə də təhlükəsizlik xidmətinin işçiləri üçün nəzərdə tutulan gizli qulaqcıqlar və sürücülər üçün nəzərdə tutulmuş qarnitura daxildir.
 
 “Motorola” şirkəti  “Baku-2015” Birinci Avropa Oyunları miqyasında idman tədbirlərinə rabitə təchizatını həyata keçirir. Bundan öncə şirkət Almaniyada Futbol üzrə Avropa Çempionatının və bir sıra digər irimiqyaslı beynəlxalq idman və s. tədbirlərin radiorabitə təchizatını təmin edib.
 
Aynur Vəliyeva




12/06/15    Çap et