“UltraHD” formatında videozəng
“TrueConf” şirkəti “UltraHD” formatında videozənglər sistemini potensial istifadəçilərə nümayiş edib.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “TrueConf”da hesab edirlər ki, gələn il “UltraHD” videokonfrans rabitəsi qiymətinə görə “FullHD”-lə eyni səviyyədə olacaq.
“Bu gün 4K videozəngləri sadəcə proqramlı videokonfrans rabitəsinin imkanlarının nümayişidir. Onlar 2016-cı ildə praktik istifadələrini tapacaqlar. Həmin vaxt beşinci nəsil “İntel” prosessorları ilə təchiz edilmiş daha güclü fərdi kompüterlər, əlçatımlı 4K videokameralar, VP9 və H.265 kodeklərinin aparat dəstəyi təqdim ediləcək”, - deyə “TrueConf” rəhbəri Mixail Qotalskiy bildirib.
Aynur Vəliyeva