“Android” istifadəçilərini yeni bank troyanı təhdid edir
Mütəxəssislər “Android” istifadəçilərini növbəti bank troyanı təhdid etdiyini aşkar ediblər.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, troyanı “Doktor Web” aşkar edib.
“Android.BankBot.65.origin” adlandırılan bu ziyanverici proqramın əsas xüsusiyyəti, bədəməllər tərəfindən onun onlayn banking xidmətlərinə çıxış üçün rəsmi müştəri əlavəsinə tətbiq edilməsidir və internetdə orijinal proqram təminatı kimi yayılmasıdır.
Nüfuzdan düşmüş bank müştərisi proqram təminatının versiyası bütün orijinal funksiyalara malikdir.
Aynur Vəliyeva