Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir ayda 9 mindən artıq sığortaolunana pensiya kapitalı barədə məlumat verilib
May ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmət sırasında “Sığortaolunanlara məlumatların verilməsi” xidməti də yer alıb.
Portal istifadəçiləri bir ayda Dövlət Sosial Müdafiə Fondunun adıçəkilən xidmətindən 9007 dəfə faydalanıblar.
Bu xidmət vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatı əldə edirlər.
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
CAHANGİR
13/06/15 Çap et