Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın beş ildə daşınan elektronika bazarının həcmi ildə 18 faiz yüksələcək


“IDC” analitik şirkətinin analitiki Brayan Ma proqnozlaşdırıb ki, 2015-ci ildə dünyada 17 milyard ABŞ dolları məbləğində təxminən 72 milyon daşınan qurğu tədarük ediləcək. “EETimes” nəşri yazır ki, mütəxəssisin fikrincə, gələcəkdə bu bazar illik orta hesabla 18 faiz artacaq və 2019-cu ildə sözügedən bazarın ədədi və pul baxımından həcmi 156 milyon və 39 milyard ABŞ dolları təşkil edəcək.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IDC” tədqiqat şirkətinin əvvəl dərc edilmiş məlumatına əsasən, 2015-ci ilin yanvar-martında şirkətlər dünyada təxminən 11,4 milyon daşınan qurğu tədarük ediblər ki, bu da ötən illə müqayisədə 200 faiz çoxdur.
 
 Ekspertlər “Fitbit” şirkətini daşınan cihazların ən böyük tədarükçüsü adlandırır. Adıçəkilən şirkət ötən rüb 3,9 milyon qurğu tədarük edib.
 
“ARM” şirkətinin mobil həllər üzrə direktoru Ceyms Bryus əmindir ki, “ağıllı” saatlar daşınan elektronika bazarının ən perspektivli kateqoriyasıdır.
 
Ceyms Bryus hesab edir ki, daşınan elektronika bir neçə il sonra çox populyar olacaq. O bildirib ki, smartfon bazarının artımı da eyni ssenari üzrə inkişaf edib.
 
Emil Hüseynov




16/06/15    Çap et