Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Airbus” konserni milyardlarla insanın internetə çıxışını təmin etmək niyyətindədir


Avropanın “Airbus” aviakonserninin nümayəndələri “OneWeb Ltd” özəl  şirkəti üçün 900 peyk qurmaq planı haqda məlumat verib. Bu peyklər milyardlarla insanın yüksəksürətli internetə çıxışını təmin edəcək.
 
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, peyklərin buraxılışı 2018-ci ilin əvvəlinə nəzərdə tutulub.
 
"OneWeb şirkəti üçün böyük sayda peyk istehsal ediləcək, hər bir peykin çəkisi 150 kq-dan az olacaq.  Şəbəkə hazır olduqdan sonra sistem bütün dünyada kənd rayonları üçün məlumatların saniyədə 10 terabit sürətində ötürülməsini təmin edəcək" – şirkətin nümayəndəsi qeyd edib.
 
10 peykdən ibarət birinci partiya Fransanın Tuluza şəhərində qurulacaq.
 
Emil Hüseynov




16/06/15    Çap et