Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT sənayesinin ən innovativ şirkətləri bəlli oldu
Patentlərin sayına görə şirkətlərin innovasiya səviyyəsi hesablansa, o zaman “IBM” və “Samsung” bu məsələdə ən qabaqcıldır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin yanvar-may statistikasına əsasən, “IBM” şirkəti aktivinə 3059 patentlənmiş ixtira yazıb. ABŞ korporasiyasının ən yaxın izləyicisi “Samsung” şirkətinin aktivində 7 patent azdır. Aktivinə 1782 patent yazmış Yaponiyanın “Canon” korporasiyası üçlükdə qərarlaşıb.
İlk onluqda, həmçinin “LG” (1263 patent), “Google” (1083), “Sony” (1074), “Microsoft” (1037), “Qualcomm” (1034), “Toshiba” (1022) və “Panasonic” (896) şirkətləri qərarlaşıb.
Əgər təqdim edilmiş ərizələrin sayına nəzər salsaq, vəziyyət bir qədər fərqlidir. Cənubi Koreyanın “Samsung” (2487 ərizə) şirkəti birinci pillədə qərarlaşıb. “IBM” (1764 ərizə) və “Toshiba” (989 ərizə) müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıb.
Emil Hüseynov
16/06/15 Çap et