Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kerol Bars “Yahoo” Direktorlar Şurasından gedib


“Yahoo” şirkətinin keçmiş icraçı direktoru Kerol Bars şirkətin İdarə Heyətindən istefa edib. Bununla da o, şirkətin baş direktoru vəzifəsindən çıxarılandan sonra “Yahoo” ilə olan son əlaqələrini də kəsmiş olub.

“Yahoo” şirkətinin mətbuat katibi Çarlz Sipkinsanın sözlərinə görə, xanım Bars sentyabr ayının 9-da şirkətin İdarə Heyətindən gedib.

Məlumat üçün qeyd edək ki, o, şirkətin “CEO” postundan bir neçə gün əvvəl Direktorlar Şurasının sədri Roy Bostok tərəfindən çıxarılıb.

“Fortune” jurnalına verdiyi müsahibəsində xanım Bars bildirib ki, çıxarıldıqdan sonra o, şirkətin Direktorlar Şurasının üzvü vəzifəsində qalmağı planlaşdırırdı, lakin növbəti gün şirkətin “CEO” postundan çıxarıldıqdan sonra ona, həmçinin, şirkətin Direktorlar Şurasındakı kreslonu da azad etmək bildirilib. “Fortune”yə müsahibəsində o bildirib ki, onu şirkətdən "atıblar".

Kerol Bars “Yahoo” şirkətinin baş direktoru vəzifəsinə 2009-cu ilin yanvar ayında başlayıb. “Yahoo” Direktorlar Şurasında çoxları onu şirkətin “Google” və “Facebook”dan geri qalmasında tənqid ediblər. Bundan başqa, o, “Yahoo” şirkətinin Asiya bazarlarındakı siyasətinə görə də tənqidə məruz qalıb.




12/09/11    Çap et