Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti boşluqlara görə mükafatlandırma proqramını genişləndirir
“Google” şirkəti elan edib ki, boşluqlara görə mükafatlandırma proqramını genişləndirir. Bundan sonra "ağ hakerlər" yalnız “Chrome” brauzerində və “Google”un başqa məhsullarında deyil, həm də “Nexus” qurğuları üçün “Android” əməliyyat sistemində aşkar edilmiş boşluqlara görə mükafatlandırılacaq.
“SecurityLab” yazır ki, “Android Security Rewards” adlandırılmış proqram Londonda “Black Hat Mobile Summit” tədbiri çərçivəsində təqdim edilib. “Android” üzrə informasiya təhlükəsizliyi eksperti Con Larimer bildirib ki, yalnız “Nexus 6” və “Nexus 9” qurğularında aşkar edilmiş boşluqlara görə mükafata iddia etmək olar. Mütəxəssis iddia edir ki, “Android” platforması yeni mükafatlandırma proqramından fayda əldə edəcək.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Android” mobil platformasında kritik boşluğun aşkar edilməsi üçün maliyyə mükafatı 40 min dollara çata bilər.
Aşkar edilmiş kritik boşluğun başlanğıc dəyəri 2 min dollar təşkil edir, yüksək təhlükə dərəcəsinə malik boşluqlar 1000 dollar dəyərində qiymətləndirilir.
Emil Hüseynov
17/06/15 Çap et