Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Uber”in saytı sındırıldı


İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis "Uber"in saytını sındırıb və bu saytda Amerika bazarında onun əsas rəqibinin "Lyft" taksi çağırışı servisinin reklamını yerləşdirib.
 
"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, bunu haker Ostin Epperson öz bloqunda etiraf edib.
 
Epperson onu da əlavə edib ki, saytı, yeni ərizə bölümündə mövcud olan boşluq üzərindən sındıra bilib.
 
Məlum olub ki, bu bölüm saytlar üçün kontakt formalarının yaradılması üzrə ümumistifadəli təlimat əsasında tərtib edilib.
 
Aynur Vəliyeva
 
 




17/06/15    Çap et