Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüklənilən mobil əlavələrin dörddə birindən istifadə edilmir


“Localytics” analitik şirkətinin tədqiqatına görə, yüklənilən mobil əlavələrin dörddə bir hissəsindən istifadə olunmur, belə ki, istifadəçilər quraşdırmadan sonra onları bir dəfə olsun belə açmırlar.
 
Bildirilir ki, smartfon sahibləri yeni əlavələri fəal yükləməkdə davam edirlər, lakin eyni zamanda əlavələrin istifadəsiz qalması ehtimalı yüksəkdir və bu hal hətta ilk yüklənmədən sonra da baş verir.
 
Bununla yanaşı, 11 və daha çox açılan əlavələrin sayı son ildə 39 faizdən 34 faizədək azalıb.
 
ABŞ-da yaşayan smartfon istifadəçiləri yüklədikləri əlavələrə digər ölkələrin sakinlərinə nisbətdə daha loyaldırlar. Məsələn, ABŞ-da tez-tez açılan əlavələrin sayı 1 faiz - 43 faizədək artıb. Cəmi bir dəfə açılan əlavələrin sayı bir il əvvəl olduğu kimi 19 faiz təşkil edir.
 
ABŞ-dan kənarda əlavələrdən imtina faizi daha yüksəkdir. Bu, xüsusilə əlavələrin təxminən 37 faizinin cəmi bir dəfə açıldığı Çində müşahidə olunur. Ötən il bu göstərici 26 faiz olub.
 
“Localytics” ekspertlərinin fikrincə, bu, çoxlu əlavələr yükləməyə imkan verən və yüklənmə prosesini sürətləndirən mobil rabitənin inkişafı, eləcə də “WeChat” platformasının yayılması ilə əlaqədardır, - "Siliconrus” yazır.




18/06/15    Çap et