Finlandiyanın "Nokia" şirkəti "Microsoft" korporasiyası ilə müvafiq saziş imzaladıqdan sonra 2016-cı ildən etibarən telefonların hazırlanmasını bərpa etməyi planlaşdırır. Bu barədə şirkət rəhbəri Raciv Suriv bildirib.
"Biz münasib tərəfdaşlar axtaracağıq. "Microsoft" mobil telefonlar istehsal edir. Biz sadəcə onları hazırlayacağıq və sonradan brend üçün lisenziyanı satacağıq", - o qeyd edib.
"Nokia"nın telefon istehsalını bərpa etməyi planlaşdırması ilə bağlı KİV apreldə məlumat verib. Lakin o zaman şirkət bu məlumatı rəsmən təkzib edib.
Finlandiya istehsalçısı mobil biznesinin ABŞ-ın "Microsoft" korporasiyasına 5,4 milyard avroya satılmasını 2013-cü ilin sentyabrında bəyan edib. Saziş 2014-cü ilin aprelində tamamlanıb. Bundan sonra "Nokia Technologies" bölməsindən başqa Finlandiya şirkətinin strukturunda daha iki bölmə qalıb. Onlardan biri şəbəkə avadanlıqlarının yaradılması və onlara xidmət üzrə bölmə, digəri kiçik "HERE" naviqasiya proqram təminatı bölməsidir.
"Microsoft" ilə imzalanan sazişə görə, şirkətə 2016-cı ilin dördüncü rübünədək telefonlarda "Nokia" brendindən istifadə qadağandır, - "Lenta" yazır.