Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində qadın “iPhone 6” qurğusunun enerjisini doldurmaq istədikdə elektrik zərbəsindən ölüb
Çinli qadın “iPhone 6” qurğusunun enerjisini doldurmaq istədikdə elektrik zərbəsindən ölüb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hadisə Çinin cənubi-şərq əyaləti olan Fuszyanda baş verib.
24 yaşlı qadın “iPhone 6” qurğusunu “iPad” adapteri ilə doldurmaq istədiyi vaxt hadisə baş verib.
Qadın tapılanda onun əllərində kəsik yerləri, ayağı qaralmış vəziyyətdə olub, bu isə güclü elektrik zərbəsi aldıqda baş verir. Adapter isə közə dönmüş vəziyyətdə “Apple” şirkətinin ekspertizasına göndərilib.
Aynur Vəliyeva
19/06/15 Çap et