Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BƏƏ-də təhqiredici mesaja görə 70 min dollar cərimə ödəmək lazım gələcək


“Emirates 24/7” internet portalı yazır ki, BƏƏ-nin Ali Məhkəməsi “WhatsApp” messenceri vasitəsilə göndərilmiş təhqiredici mesaja görə 250 min dirhəm (68 min dollar) məbləğində cərimə tələbini dəstəkləyib.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bundan əvvəl birinci və ikinci instansiya məhkəmələr telefon vasitəsilə təhqiredici mesajın göndərilməsinə görə ərəb ölkələrinin vətəndaşlarını üç min BƏƏ dirhəmi (817 dollar) məbləğində cərimələyib. Ancaq prokurorluq kibercinayətkarlıqla mübarizə qanununa uyğun olaraq cərimə məbləğinin dəfələrlə artırılması tələbi ilə apelyasiya şikayəti verib.
 
Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizə haqda qanun 2012-ci ildə BƏƏ-də qəbul edilib.
 
Bu qanuna əsasən, internetdə təhqirə görə mümkün cəza kimi 250 min dirhəm məbləğində cərimə, həbs cəzası və əcnəbilər üçün deportasiya tətbiq edilə bilər.
 
Emil Hüseynov




19/06/15    Çap et