"Birinci Avropa Oyunlarının yarışlarını yayımlamaq istəyən xarici televiziya və radio şirkətlərinin sayı artmaqdadır. Artıq dünyada bir milyarddan çox insan bu yarışları izləyir".
Bu barədə Yevlaxda jurnalistlərə müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir, həmçinin bildirib ki, yarışların idarə olunması üçün lazım olan telekommunikasiya avtomatlaşdırma sistemləri uğurla həyata keçirilir. Telekommunikasiyada, radio və televiziya yayımında, internetin istifadəsində heç bir problem yoxdur.