Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq ABŞ-da təhsil alan qanunsuz mühacirlərə 5 milyon dollar ianə ayırıb


“Wall Street Journal” qəzeti yazır ki, “Facebook” sosial şəbəkəsinin direktoru Mark Zukerberq “TheDream.US” fonduna 5 milyon dollar ianə edib. Adıçəkilən fond ABŞ-a qanunsuz gəlmiş tələbələrin Amerika universitetlərində təhsilini maliyyələşdirir.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hazırda sözügedən fond artıq 80 milyon dollar toplamağa müvəffəq olub.
 
“Facebook”un direktoru tərəfindən ayrılmış maliyyə yaxın beş ildə San-Fransisko universitetlərində və Kaliforniyanın şimal hissəsində təhsil alan 400 tələbənin təqaüdünə sərf olunacaq. Zukerberq bu hərəkətini ABŞ-ın gələcəyinə "investisiya" adlandırıb.
 
 "İndiki tələbələrin əksəriyyəti çoxdan ABŞ ərazisinə gəlib – o qeyd edib. – Ancaq onlar zəruri mühacirət sənədlərinə malik olmadığına görə ali təhsil ala bilmir, çünki federal yardım proqramlarına girişdən məhrumdurlar".
 
Emil Hüseynov
 
 





19/06/15    Çap et