Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyada böyük günəş elektrostansiyası tikiləcək


Braziliya Energetika Nazirliyi 350 MVt gücündə üzən günəş elektrostansiyasının inşası üzrə investisiya layihəsinə başlamasını bəyan edib.
 
Stansiyanın Amazonka hövzəsində tikilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq elektrik enerjisinin qiyməti 1 MVt/saat üçün 68-77 dollar arasında dəyişəcək.
 
Günəş enerjisindən başqa günəş stansiyasından su enerjisi mənbəyi kimi istifadə olunacaq ki, bu da əlavə 250 MVt güc əldə etməyə imkan verəcək. Ümumilikdə günəş su elektrostansiyasının maksimal gücü 600 MVt təşkil edəcək. Yeni layihənin dünyada nəhəng üzən günəş obyekti olacağı gözlənilir.
 
Dörd ay ərzində Braziliya bəndlərindən birində üzən günəş elektrostansiyasının tikintisi ilə bağlı silsilə pilot sınaqlara başlanacaq.
 
Hazırda ən böyük üzən günəş elektrostansiyası 13,4 MVt gücündə Yaponiyada yerləşən stansiya hesab edilir, - "Newsland yazır.




20/06/15    Çap et