Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ev telefonlarının istehsalçısı bahalı smartfon istehsal edəcək
Ev telefonları və modem istehsalçısı “Gigaset” şirkəti “Android” mobil platforması ilə işləyən bahalı qurğular istehsal xətti ilə smartfon bazarına çıxmağa qərar verib. Bu haqda Askotda (Böyük Britaniya) “Gigaset” şirkətinin baş direktoru Çarlz Frankl bildirib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Gigaset” öz smartfonlarının ətraflı texniki xarakteristikalarını hələ ki açıqlamayıb. Ancaq vəziyyətlə tanış mənbə "Lenta.ru" saytına bildirib ki, ən azı bir cihaz polad korpusda buraxılacaq, arxa paneldə barmaq izi skaneri olacaq, həmçinin “Android” əməliyyat sistemi ilə işləyəcək.
Frankl yeni qurğuların dəqiq qiymətini açıqlamaqdan imtina edib. "Tərəfimizdən yaradılan məhsulların inkişaf tarixi göstərir ki, biz heç vaxt aşağı qiymət seqmentində işləməmişik" – “Gigaset”in direktoru deyib.
Emil Hüseynov
20/06/15 Çap et