Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni texnologiyalardan istifadə təbliğ olunacaq
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində "Yeni texnologiyalardan istifadənin təbliği" adlı layihənin icrasına başlanılıb.
Fonddan verilən məlumata görə, layihə dövrümüzdə ixtira olunan ən yeni texnologiyaların cəmiyyətdə öyrənilməsi və istifadəsini təbliğ etməyi nəzərdə tutur.
Layihənin əsas məqsədi ən yeni texnologiyaların gənclər arasında təbliği, günün tələbatına uyğun olaraq gənclərin adaptasiyası və gənclərin maarifləndirilməsindən ibarətdir.
"Yeni texnologiyalardan istifadənin təbliği" layihəsini fondun elan etdiyi VI qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalibi olmuş Vüsal Əliyev icra edir.
CAHANGİR
20/06/15 Çap et