Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yaxın zamanda iki yeni xidmət təqdim edəcək
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yaxın zamanda iki yeni xidmət təqdim edəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu mərkəzin rəsmi internet səhifəsində yeni bölmə kimi təqdim ediləcək “Malware Lab” və “Virtual Sınaq” (CTF) xidmətləridir.
Beynəlxalq təcrübəyə əsasən “Malware Lab” kimi xidmətlər məlumatların mühafizəsi üçün proqram təminatının testləşdirilməsini, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə İT məhsulların ekspertizasının həyata keçirilməsini nəzərdə tutur.
“Virtual Sınaq” (CTF) öz növbəsində kompüter sistemlərinin hücuma dayanıqlığını yoxlamağa, şəbəkələri tədqiq etməyə, protokolların təhlilini həyata keçirməyi, kompüter sistemlərinə nəzarəti, kriptotəhlili özündə ehtiva edir.
Aynur Vəliyeva
22/06/15 Çap et