Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət Gömrük Komitəsi üzrə yazışmalar artıq elektron yolla həyata keçirilir


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) üzrə yazışmalar artıq elektron yolla həyata keçirilir.

Bu barədə məlumatı Bakıda “Elektron Gömrük Xidmətləri: Gələcəyə baxış” 3-cü Beynəlxalq elmi-praktik konfransında DGK-nın sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, paralel olaraq «bir pəncərə» prinsipinin tətbiqi genişləndirilir və bu sistem yalnız sərhəddə deyil, digər strukturlarda da tətbiq olunur: «Artıq Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi və tədricən digər gömrük idarələri də «bir pəncərə» sisteminə keçirilir».

A.Əliyev vurğulayıb ki, artıq “elektron bəyannamə” sahəsində də müəyyən addımlar atılır: «Bu iş də başa çatandan sonra biz «Elektron hökumət» layihəsi çərçivəsində gömrüyə aid olan bütün məsələləri yerinə yetirə biləcəyik».




12/09/11    Çap et