Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçıları hansılardır?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalına inteqrasiya olunmuş biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adlarını açıqlayıb.
 
Portal üzərindən 44 dövlət qurumu tərəfindən təqdim olunan 420 elektron xidmət arasından hər bir qurum üzrə biznes sahəsinə aid bir neçə xidmət görmək mümkündür.
 
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  sahə üzrə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış” və digər elektron xidmətlər göstərir.
 
 
Vergilər Nazirliyinin bütün  xidmətləri irili-xırdalı biznes sahələri üçün nəzərdə tutulub. Bu xidmətlərin portal üzərindən bir mənbədən təmini vətəndaşların işini sadələşdirir.
 
 
Dövlət Sosial Müdafiə Fondu sahə üzrə  “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi", “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və  digər e-xidmətlər təqdim edir.
 
 
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi altı xidmət birbaşa biznes sahələri üçün nəzərdə tutulub.
 
 
Həmçinin digər qurumları - Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və s. qeyd etmək olar.
 
 
Digər qurumlar tərəfindən portal üzərindən “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi”, “Kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və s. e-xidmətlər göstərilir.
 
 
CAHANGİR
 




22/06/15    Çap et