Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İşçi Qrupu müzakirələrə başlayacaq


Polşa Respublikasının Kazimeje Dolna şəhərində M.Küri Skladovskaya adına Universitetin Fizika İnstitutunda fotosintez vaxtı molekulyar səviyyədə enerjinin ötürülməsində elmi-tədqiqatların nəticələrinin müzakirəsi keçiriləcək.
 
Müzakirələrə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov da qoşulacaq.
 
AMEA-dan qeyd edilib ki, 8 gün davam edəcək səfər çərçivəsində N.Məmmədov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun səlahiyyətli nümayəndəsi kimi İşçi Qrupunun işində iştirak edəcək.
 
 
Həqiqət İSABALAYEVA
 




22/06/15    Çap et