Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” smartfonu açar kimi istifadə etmək niyyətindədir


“Google” şirkəti ev əşyalarını unudanlar üçün maraqlı patent əldə edib. Belə ki, şirkət  ev əşyalarını özləri ilə götürməyi yaddan çıxaranlar üçün smartfon vasitəsi ilə xəbərdarlıq edəcək. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Google” şirkətinin yeni patenti əşyaların itirilməsi ilə bağlı məqamları özündə cəmləşdirir. Bu, ev açarları, eynək və s. ola bilər.

Hər bir əşyaya qədər məsafə “NFC”, “Bluetooth”, “RuBee”, “RFID” və s. simsiz texnologiyaların istifadəsi ilə ölçülür.

Smartfonla nəzarətdə olan əşya arasında məsafə öncədən müəyyən edilmiş məsafəni ötdükdə  smartfon xəbərdarlıq edir.

 
Aynur Vəliyeva
 




22/06/15    Çap et