Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aviaşirkətlər təyyarələri yüksəksürətli “Wi-Fi” ilə təchiz edəcək


Artıq yaxın gələcəkdə təyyarələrdə “Wi-Fi” şəbəkəsi restoran və ya kafelərdə internet çıxış kimi adi hala çevriləcək.
 
Bazar günü Le-Burjedə başa çatmış aviaşouda aviaşirkətlər və onların tərəfdaşları tezliklə aviauçuşlar zamanı sərnişinlərə əlçatan olacaq yeni simsiz rabitə xidmətlərini elan ediblər. Uzun müddət “Wi-Fi” ya uçuş zamanı tamamilə əlçatmaz olub, ya da daşıyıcılar tərəfindən ona cüzi gəlir mənbəyi kimi baxılıb. Amma yeni texnologiyalar sayəsində vəziyyət tamamilə dəyişə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, genişzolaqlı peyk rabitəsi artıq yalnız şəbəkəyə çıxışa deyil, həm də əyləncə və idman verilişlərinin internet translyasiyasına baxmağa imkan verir.
 
İndiyədək təyyarənin bortunda məlumatların ötürülməsi sürəti zəif idi və “SITA Onair” provayderinin məlumatına görə, uçuşlar zamanı sərnişinlərin təqribən 5 faizi ödənişli “Wi-Fi” şəbəkələrinə qoşulub. Yeni peyk texnologiyaları bu vəziyyəti düzəltməlidir.
 
“Honeywell International” və “Inmarsat” maneəsiz “YouTube” videokontentini və rəqəmli radioverilişləri təyyarənin bortuna translyasiya etməyə imkan verən “Global Xpress Aviation” simsiz şəbəkəsinin işini nümayiş etdirib.
 
Emil Hüseynov
 
 




23/06/15    Çap et