Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” təbii fəlakət hallarında intellektual idarəetmə mərkəzi yaradıb


Dünyanın aparıcı İT şirkəti “IBM” təbii fəlakət hallarında intellektual idarəetmə  mərkəzinin açılışını elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tətbiq edilmiş proqram təminatının, hava və təbii kataklizmlərin yaranması ehtimalına qiymət verilən qlobal meteomərkəz ilə birbaşa əlaqəsi var.
 
Toplanan məlumatlar real vaxt rejimində təqdim edilmir, onların əvəzinə isə təbii fəlakətin inkişafı proqnozu təqdim edilir. Sistem həmçinin fəlakətlərin şəhər infrastrukturuna təsiri haqda proqnoz almağa imkan verir.
 
Aynur Vəliyeva
 




23/06/15    Çap et