Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransada rəqəmli efir TV şəbəkəsində "Ultra HD/HDR” translyasiya olunub


Fransanın Bretan regionunda fəaliyyət göstərən kanalların birində geniş dinamik diapazonlu və saniyədə 50 kadr tezlikli ultrayüksək təsvir ölçüsünə malik televiziya kontentinin yayım imkanları nümayiş olunub.
 
Texnoloji layihənin həyata keçirilməsi üçün “Envivio”, “Images & Réseaux”, “Orange”, “SeaEvents”, “TDF”, “Technicolor” və “Thomson Video Networks” şirkətləri səylərini birləşdirib. 
 
Təsvir keyfiyyətinin və məhsuldarlığın optimallaşdırılması üçün translyasiyada “Ultra HD”, “HEVC” və “DVB-T2” yayım texnologiyalarından istifadə olunub. Test translyasiya geniş ictimaiyyətə Bretanda sərgi çərçivəsində təqdim edilib. 
 
Qeyd edək ki, ultrayüksək təsvir formatında sınaq yayımları həmçinin Çexiya və İspaniya ərazisində rəqəmli efir televiziya şəbəkəsində həyata keçirilib, - "Mediasat yazır.




23/06/15    Çap et