Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Aparat təhlükəsizliyi vasitələri bazarında lider dəyişib
“EMEA” ölkələrində informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş avadanlıq bazarında lider dəyişib. “International Data Corporation” (“IDC”) analitiklərinin məlumatına əsasən, yeni lider “Check Point” şirkətidir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin hesablamasına əsasən, 2015-ci ilin birinci rübündə Avropa, Yaxın Şərq və Afrika dövlətlərinin ərazisində aparat şəbəkə mühafizə vasitələrinin satış həcmi 781,1 milyon dollara yaxınlaşıb ki, bu da ötən illə müqayisədə 2,2 faiz daha yüksəkdir. Sözügedən bazarın həcmi ədədi ifadədə 1.3 faiz yüksələrək 175145 təşkil edib. Yaxın beş ildə 5,4 faiz səviyyəsində illik orta artım proqnozlaşdırılır.
“CEMA” (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunda əlverişsiz iqtisadi vəziyyət nəticəsində cari ilin yanvar-martında informasiya təhlükəsizliyi məhsulların satış həcmi ədədi baxımından 5,9 faiz və pul baxımından 11 faiz azalıb.
Emil Hüseynov
23/06/15 Çap et