Argentinada “ICANN” konfransı işə başlayıb
Buenos-Ayresdə (Argentina) internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının konfransının açılışı olub.
Konfransda “ICANN”-ın müstəqil təşkilat kimi fəaliyyət göstərməsi müzakirə olunan əsas mövzular arasındadır. Bununla bağlı yekun qərarın qəbul ediləcəyi təqdirdə ABŞ Ticarət Nazirliyi domen adları sistemi üzərində nəzarət səlahiyyətini itirərək onu internet cəmiyyətinin maraqlı nümayəndələrindən ibarət yeni təşkilata ötürəcəyi gözlənilir.
“ICANN” prezidenti Fadi Şehade bildirib ki, hüquqi məsələlərin həlli üçün bir ilə yaxın vaxt lazım olacaq. Onun sözlərinə görə, artıq 2016-cı ilin iyununda “ICANN” ABŞ hökumətinin nəzarətindən çıxaraq müstəqil təşkilat olacaq, -
"Webnames” yazır.