Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Newswire” xəbərlər kanalı istifadəyə verilib


“YouTube” videohostinqi “Newswire” xəbərlər kanalını istifadəyə verib. Burada istifadəçilər hadisə yerindən çəkilən videoçarxları yerləşdirmək imkanı əldə edə biləcəklər.
 
Videohostinqdə xəbərlər kanalının işə salınmasına səbəb dünya ictimaiyyətinin hadisələrin çoxu haqqında istifadəçilər tərəfindən çəkilən videolardan xəbər tutmasındadır. KİV verilən informasiyanı təsdiq etmək üçün onlardan tez-tez yararlanır.
 
“YouTube” rəhbərliyi nümayəndələrinin sözlərinə görə, “Newswire” kanalı hadisə şahidlərinin çəkdiyi təsdiq edilmiş videoinformasiyanın media tərəfindən tətbiqinin effektivliyinin artırılması məqsədilə yaradılıb. İstifadəçilərin videonun mənbəyini təsadüfi hallarda göstərməsinə görə çarxlar “Storyful” şirkətinin əməkdaşları tərəfindən redaktə ediləcək, - “Mediasat yazır.




24/06/15    Çap et