Çin xarici şirkətləri elektron ticarət bazarına dəvət edir
Çin transsərhəd elektron ticarətin dəstəklənməsini genişləndirəcək və bu çərçivədə xarici internet mağazalarının ölkə daxilində fəaliyyətinə qoyulan məhdudiyyətlərin bir qismini ləğv edəcək.
Çinin elektron ticarət bazarı son illər əhəmiyyətli artım nümayiş etdirir. Ölkənin “Alibaba Group” və “JD.com” kimi internet nəhəngləri orta sinfin yüksəlməsi sayəsində uğur əldə ediblər. Hazırda Çin hökuməti ölkədə onlayn ticarətlə məşğul olmaq üçün digər xarici şirkətlərin fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar qəbul edib.
Bildirilir ki, bu məqsədlə ilk öncə vergi siyasəti dəyişdiriləcək. Yeni prinsiplər ölkədə mal istehlakının artımına xidmət edəcək, eləcə də beynəlxalq onlayn ödənişlər sxeminin sadələşdirilməsinə yönələn pilot layihələrə güzəştlər təqdim edəcək. Bundan başqa, yeniliklər gömrük, kredit və sığorta xidmətlərinə şamil olunacaq. Hakimiyyət nümayəndələrinin fikrincə, bu, transsərhəd elektron kommersiyanı dəstəkləməyə kömək edəcək.
Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlərinə ilk növbədə beynəlxalq layihələrdə, eləcə də kredit sığorta xidmətlərində dövlət dəstəyi göstəriləcək, -
"Payspacemagazine” yazır.