“Google” jurnalistlər üçün yeni servis işə salıb
“Google” şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni “News Lab” xidmətini istifadəyə verib.
“Bizim missiyamız jurnalistlər və sahibkarlarla əməkdaşlıq edərək gələcək KİV-i yaratmağa yardım etməkdən ibarətdir”, - “Google News Lab” bölməsinin direktoru Stiv Qrouv bildirib.
Yeni servisə nəşriyyatların “Google” resurslarından, o cümlədən xəritələr, “YouTube”, “Fusion Tables” və “Earth to Search” xidmətlərindən maksimum fayda qazanmaqla bağlı mövzularda tövsiyələr və videotəlimatlar daxil ediləcək.
“Google” həmçinin maliyyə dəstəyi göstərmək və şirkət əməkdaşları tərəfindən tövsiyələr vermək məqsədilə media startapları ilə işləyən “Matter and Hacks/Hackers” təşkilatı ilə əməkdaşlıq edir.
Şirkət nümayəndəsi qeyd edib ki, yeni layihənin məqsədi gələcək xəbərlərin və informasiyanın obrazının yaradılmasına yönələn proqramların ərsəyə gətirilməsi, eləcə də KİV-də yeni səslərin imkanlarının genişlənməsidir.
“Google” həmçinin “TechRaking” proqramını istifadəyə verib. Burada şirkət və Jurnalist Araşdırmaları Mərkəzi araşdırmaların aparılmasında yeni metodikaların hazırlanması üzərində birgə çalışacaqlar.
S.Qrouv vurğulayıb ki, qlobal "News Lab” təşəbbüsdür. Hazırda layihə çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan olan mütəxəssislər qrupu işləyir, -
"Searchengines” yazır.