Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “iPhone” smartfonlarının korpusunun bir hissəsi plastik haşiyəli olacaq
Gələcəkdə buraxılacaq “iPhone” smartfonlarının korpusunun bir hissəsi plastik haşiyə ilə təmin ediləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, onların hesabına “Apple” radiosiqnalların qəbulu və ötürməsi keyfiyyətini artırmağı nəzərdə tutur.
Haşiyə smartfonun daxilində yerləşmiş qəbuledici və ötürücü antenaları elektriklə ayıraraq interferensiyanın yoxluğuna zəmanət yaradır.
“Apple” şirkəti, “iPhone” korpusu və “MacBook” taçpadları üçün istifadə edilən anodlaşdırılmış metala oxşar kompozit materialın yaradılması üçün patent əldə edib.
Aynur Vəliyeva
24/06/15 Çap et