Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın dövlət orqanlarında kiberhücumdan zərərçəkmişlərin sayı 18 milyonadək yüksəlib


ABŞ-ın dövlət orqanlarına qarşı həyata keçirilmiş ən böyük kiberhücumdan zərərçəkmişlərin sayı 18 milyonadək yüksəlib. Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Ceyms Komi ABŞ Senatında keçirilmiş qapalı brifinqdə məlumatların itkisi haqda danışıb.

Ceyms Komi bildirib ki, kənar hücum nəticəsində ABŞ-ın hazırkı dövlət qulluqçuları, həmçinin dövlət qulluğuna qəbul üçün ərizə vermiş vətəndaşlar haqda informasiyaya müdaxilə edilib. Ola bilsin ki, haker qurbanlarının sayı gələcəkdə artacaq, çünki kibercinayətkarlar “SF86” formasının məlumatlarına giriş əldə ediblər, sonuncuda dövlət qulluqçularının ailə üzvləri haqqında informasiya yer alıb.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ABŞ Dövlət Qulluqçuları Həmkarlar İttifaqının lideri Devid Koks deyib ki, prezident Obamanın administrasiyası baş vermiş bu hadisənin əsl miqyası barədə susur. Onun məlumatına görə, ABŞ-ın bütün dövlət qulluqçuları məlumat itkisindən zərər görüb. "Hər bir kəsin fərdi məlumatına müdaxilə edilib". Müdaxilə olunmuş bütün sosial sığorta nömrələri şifrlənməmiş şəkildə saxlanılıb.

Emil Hüseynov
 





25/06/15    Çap et