Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kasperski Laboratoriyası” yeni proqramını sonadək məxfi saxlamaq niyyətindədir


“Kasperski Laboratoriyası” kiberhücumlarla mübarizə üçün yeni proqram testləşdirir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, proqram 2016-cı ildə hazır olacaq, lakin kütləvi satışa buraxılmayacaq.
 
Şirkətin rəhbəri Seqey Zemkov bildirib ki, bunun sayəsində “soft” bədəməllər tərəfindən testdən keçirilmək üçün əlçatmaz olacaq.
 
Bu isə o deməkdir ki, onlar yeni proqramın necə işləyəcəyi haqda məlumat əldə edə bilməyəcəklər. Hazırda yeni “soft”u laboratoriya öz üzərində və Rusiyanın 20 iri şirkətində testləşdirir. Proqram korporativ müştərilər üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 




27/06/15    Çap et