Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Toshiba” elektron idarəetməli avtomobil sistemləri üçün intellektual sistem təqdim edib
“Toshiba Electronics Europe” şirkəti avtomobillər üçün yeni miniatür intellektual sistem təqdim edib.
“ICTnews” xəbər xidmətinin “CNews”a istinadən verdiyi məlumata görə, yeni “TB9051FTG” intellektual sistemi əsasən avtomobil mühərrikinin idarəetməsi üçün nəzərdə tutulub. Lakin arxa görünüş güzgüləri və yük yerləri qıfılı kimi bort sistemlərinin idarə edilməsində də istifadə edilə bilər.
Bu ilin sentyabr ayından etibarən sistemin tətbiq edildiyi avtomobillərin ilkin nümunələrinin təqdim edilməsi, gələn ilin oktyabr ayından isə kütləvi istehsala buraxılması nəzərdə tutulur.
Aynur Vəliyeva
27/06/15 Çap et