Görüş zamanı qonaqlara "Azərkosmos"un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib. Roald Saqdeyev öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib.
Dünya şöhrətli alim, həmçinin, Azərkosmosun gələcək fəaliyyətinə dair öz rəy və tövsiyələrini bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf sahəsində Roald Zinnuroviç Saqdeyevin dəyərli tövsiyyələri olub.