Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstan ərazisinin 72 faizi rəqəmli efir televiziyası ilə əhatə edilib


Qazaxıstan ərazisinin 72 faizi rəqəmli efir televiziyası ilə əhatə edilib, yaşayış məntəqələrinin 100 faizində isə internet artıq əlçatandır. Bu haqda respublikanın investisiya və inkişaf naziri Aset İsekeşevə istinadən “BNews.kz” internet portalı məlumat yayıb.
 
"ICTnews" elektron xəbər xidməti “http://bnews.kz” saytına istinadən bildirir ki, "bu yaxınlarda keçirilmiş böyük beynəlxalq forumda bütün kolleqalar, həmçinin BMT katibliyi qeyd edib ki, Qazaxıstan regional liderlərdən biridir və qlobal liderliyə çox yaxındır” - Aset İsekeşev deyib.
 
Nazir bildirib ki, ölkə əhalisinin 68 faizi internetdən istifadə edir.
 
Rəqəmli efir televiziya yayımına gəlincə, ölkə hakimiyyəti 2018-ci ilədək onun əhatə dairəsini 95%-dək yüksəltməyi planlaşdırır.

Emil Hüseynov




29/06/15    Çap et