Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda daha bir xidmət elektronlaşdırılıb
“Elektron hökumət” portalı üzərindən “Azərsu” ASC-nin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti” xidməti portala yeni əlavə olunub.
I qrup istehsalçılar dedikdə istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr nəzərdə tutulur.
Qeyd edək ki, “Elektron hökumət” portalında su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi də mümkündür.
CAHANGİR
29/06/15 Çap et