Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən sürətli smartfonu bəlli olub


Smartfon istehsalçıları hər il bir-biri ilə prosessor, diaqonal, ekranın və kameranın təsvir ölçüsü və başqa xarakteristikalarla rəqabət aparır. Ekspertlər hansı istehsalçının aktual aparatının dünyada ən sürətli olmasını araşdırıblar.

"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, “Tom's Guide” ekspertləri 6 qabaqcıl smartfonu 9 test üzrə müqayisə edərək ən sürətli qabaqcıl smartfonu müəyyən ediblər. 9 testin 6-da birinci pilləni tutmuş “Samsung GALAXY S6 edge” smartfonu reytinqin lideri olub və dünyanın ən sürətli smartfonu adına layiq görülüb.

Emil Hüseynov
 
 




29/06/15    Çap et