Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şirkət rəhbərləri rəqəmli inqilabı faydalı adlandırıb
“Global Center for Digital Business Transformation” mərkəzinin ekspertlərinin proqnozuna görə, yaxın 5 ildə rəqəmli inqilab səbəbindən 12 sahədə işləyən şirkətlərin 40 faizi məhv ola bilər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, dünyanın 13 ölkəsində 12 sahəni əhatə edən 941 şirkətin direktorlarının sorğusu əsasında tərtib edilmiş hesabat məlumatlarına əsasən, firmaların əksəriyyəti rəqəmləşdirmənin biznes və cəmiyyətə müsbət təsirini qeyd edir. Belə ki, rəyi soruşulmuşların 75 faizi rəqəmli inqilabı inkişaf formalarından biri adlandırıb, respondentlərin 72 faizi isə qeyd edib ki, rəqəmli inqilab sifarişçilərə daha çox fayda gətirir.
Hesabata əsasən, İT sənayesi yaxın beş ildə rəqəmli dəyişikliklər üçün ən yüksək potensiala malikdir.
Emil Hüseynov
29/06/15 Çap et