Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Antiplagiatlıq üzrə Azərbaycanın milli proqramından ali təhsildə istifadə müzakirə olunub
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Polşanın “Plagiat.pl” şirkətinin “Ali təhsildə plagiat” mövzusunda təlimi keçirilib.
Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlar, Polşanın “Plagiat.pl” şirkətinin nümayəndələri iştirak edib. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı “Ali təhsildə plagiat” mövzusunun keçirilməsinin aktuallığından, bu sahədə maarifləndirilmənin əhəmiyyətindən danışıb.
Polşanın “Plagiat.pl” şirkətinin Bakı ofisinin direktoru Əli Təhməzov şirkət haqqında məlumat verərək bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kampaniya Moldova, Almaniya, Rumıniya, Polşa, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərir. Ə.Təhməzov bildirib ki, antiplagiat kampaniyası artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri ilə görüşüb və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif edib:
“Şirkətin hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. “Plagiat.pl” şirkətinin proqramları hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir”.
Həqiqət İSABALAYEVA
29/06/15 Çap et