Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Optik lif üzrə məlumatlar rekord məsafəyə ötürülüb
San-Dieqoda (ABŞ) Kaliforniya Universitetinin nəzdində “Qualcomm” İnstitutunun mühəndis-elektrikləri fiber-optik kabel üzrə maksimal həcmdə məlumat ötürülməsinə nail olublar. Alimlər bahalı elektrogenerator-gücləndiricilərdən istifadə etmədən optik siqnalların gücünü təxminən 20 dəfə artıra və təxminən 12 min kilometr məsafəyə ötürülmüş informasiyanı deşifr edə biliblər.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, mühəndislər əvvəllər də məlumatların göndərilməsi və qəbulu sürətinin artırılması üçün siqnalların gücünü artırmağa çalışıb. Bununla belə, optik lif üzrə fiziki məhdudiyyətlər son nəticədə informasiya itkisinə səbəb olub.
Başqa sözlə, uzun dəhlizdə qışqıran insanı təsəvvür edin: məsafə nə qədər çoxdursa, əks-səda daha güclü təhrif olunur. Analoji vəziyyət fiber-optik kabeldə müşahidə olunur: güc və məsafənin artımı ilə optik siqnal o qədər güclü təhrif olunur ki, son nöqtəyə oxunmamış şəkildə ötürülür.
Emil Hüseynov
30/06/15 Çap et