Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir bank “Elektron hökumət” portalının texniki imkanlarından yararlanacaq


Azərbaycanda yeni fəaliyyətə başlamış “Ziraat Bank Azərbaycan” ASC “Elektron hökumət” portalının texniki imkanlarından istifadə edərək bir çox əməliyyatların avtomatik icrasını portal vasitəsilə təmin etməyi planlaşdırır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikir “Ziraat Bank Azərbaycan” ASC və “Elektron hökumət” portalının əməkdaşları arasında keçirilmiş görüşdə səsləndirilib.
 
Görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb. 
 
CAHANGİR
 




30/06/15    Çap et