Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nyu-York sakinləri planetdə ilk dəfə bütün şəhər ərazisində yüksək sürətli internetə çıxış əldə edə bilər
Nyu-York sakinləri planetdə ilk dəfə bütün şəhər ərazisində yüksək sürətli internetə çıxış əldə edə bilər.
"ICTnews" elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, “Sidewalk Labs” şirkətinin yeni “LinkNYC” layihəsi çərçivəsində şəhərin 10 minədək taksofonunu “Wi-Fi” giriş nöqtələrinə çevirmək planlaşdırılır.
Bu halda ödənişsiz internetə çıxışın sürəti saniyədə bir qiqabitdən aşağı olmayacaq və adını "rabitə mərkəzlərinə" dəyişdirmək təklif edilən taksofonlar Nyu-York sakinlərinə internetdən başqa nəqliyyat, kommunal və başqa xidmətlərə giriş imkanı yaradacaq.
“Sidewalk Labs” şirkəti 2015-ci ildə “Google” korporasiyası və Nyu-York meriyasının keçmiş məmuru Den Doktoroff tərəfindən təsis edilib.
Emil Hüseynov
30/06/15 Çap et