Avropa İttifaqı hakimiyyəti 2017-ci ilin sonunadək rouminq üçün ödənişin ləğvi barədə razılığa gəlib
Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurası 2017-ci ilin sonunadək ittifaqa daxil olan ölkələrin ərazisində rouminq xidməti üçün tariflərin ləğvi barədə razılığa gəlib.
"2017-ci ilin sonunadək rouminq üçün ödənişin ləğvində irəliləyiş əldə olunub. Hamı pulsuz internetdən yararlana biləcək. Biz siyasi razılığa nail olduq", - sosial şəbəkələrdə Aİ-nin rəqəmli iqtisadiyyat məsələləri üzrə komissarı Günter Ettinger yazıb.
Öz növbəsində Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip bildirib ki, Avropa İttifaqında hamı rouminqin ləğvi ilə bağlı dəqiq tarixi və şəbəkə neytrallığının qurulmasını gözləyirdi.
"Aİ-də sədrlik edən Latviyaya və razılığın əldə olunması üzrə danışıqlarda iştirak edənlərin hamısına təşəkkür edirəm", - vitse-prezident sosial şəbəkələrdə qeyd edib, -
"Interfax" yazır.