Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kasperski: “Windows Phone” platforması viruslara qarşı daha dayanıqlıdır
İnformasiya təhlükəsizliyi sahəsində ekspert və antivirus məhsulları buraxan "Kasperski Laboratoriyası"nın direktoru Yevgeni Kasperski bildirib ki, “iOS” və “Android” mobil platformaları bir çox boşluqlara malikdir.
"Ən təhlükəli ssenari “iPhone” ilə bağlıdır. Lakin bu, ağlabatan deyil, çünki “iOS” mobil əməliyyat sisteminin bağlı olması ilə əlaqədar onun üçün zərərli proqram təminatı hazırlamaq çox çətindir. Ancaq istənilən mühitdə boşluqlar mövcuddur. Milyonlarla smartfon virusa yoluxsa belə antivirus mövcud deyil, çünki tərtibatçılara “Apple” sistemi üçün belə alətlər yaratmaq qadağan edilib" – Kasperski deyib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ekspertin fikrincə, “Android” platforması, həmçinin təhlükədən sığortalanmayıb. Amma “Windows Phone” platforması bu baxımdan hələ ki təmizdir.
Kasperski hesab edir ki, mobil qurğularda təhlükəsizlik problemindən xilas olmağın ən asan üsulu bu qurğularda internetin söndürülməsidir. Maraqlıdır ki, Kasperski smartfondan deyil, hələ də köhnə “Sony Ericsson” modelindən istifadə edir.
Emil Hüseynov
30/06/15 Çap et