Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” axtarış nəticələrini manipulyasiya edir
Yeni tədqiqata əsasən, “Google” şirkəti düşünülmüş şəkildə axtarış nəticələri ilə manipulyasiya edir. “Slideshare.net” saytında dərc edilmiş materialda sübutlar göstərilir ki, axtarış nəhəngi öz rəqiblərinə maneə yaradır, həmçinin internet istifadəçilərinin seçim azadlığını məhdudlaşdırır.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Google”un rəqibi “Yelp” axtarış sistemi tərəfindən maliyyələşdirilmiş tədqiqata əsasən, “Google” axtarış nəticələrini bilərəkdən təhrif edərək rəqibləri üzərində üstünlüyə nail olmaq üçün öz xidmətlərini irəli çəkir. Tədqiqatçılar bildirir ki, belə təcrübə yalnız antiinhisar qanunvericiliyini pozmur, həmçinin internetin istifadəçilərinə zərər vurur.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Google” rəqiblərinin bazarda üstün mövqelərdən kənarlaşdırılması siyasətini həyata keçirir.
Emil Hüseynov
01/07/15 Çap et