Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti Azərbaycanda piratçılığın səviyyəsini kəskin azalda biləcək təşəbbüslə çıxış etmək niyyətindədir
“Microsoft-Azərbaycan” şirkəti Müəllif Hüquqları Agentliyi ilə birgə dövlət satınalmaları çərçivəsində alınan İT avadanlıqla bağlı təşəbbüslə çıxış etmək niyyətindədir.
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, dövlət qurumlarının tam lisenziyalı proqram təminatına keçidini təmin etmək məqsədi ilə, şirkət Müəllif Hüquqları Agentliyi ilə birgə dövlət qurumlarının mütləq şəkildə lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin alınması təşəbbüsü ilə çıxış etmək niyyətindədir.
Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, bu gün Azərbaycanda hətta dövlət qurumları proqram təminatı olmayan kompüterlər sifariş edir və nəticədə, misal üçün, hər 100 kompüterə beş lisenziyalı proqram təminatı almaqla kifayətlənirlər ki, xərclərinə qənaət etsinlər. Belə halların mövcudluğu isə ölkədə piratçılığın qarşısının alınmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə maneə törədir.
Aynur Vəliyeva
01/07/15 Çap et