Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASА” Marsa planer göndərəcək


ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 2020-ci illərdə Marsda gələcək pilotlu missiyaların eniş yerinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan “Preliminary Research Aerodynamic Design to Land on Mars” (Prandtl-m) aparatının sınaqlarına hazırlaşır. Bu barədə agentliyin saytında deyilir.

 
Sınaqları 2015-ci ilin yayında keçiriləcək “Prandtl-m” aparatının hava şarı vasitəsilə 30 km hündürlüyə qaldırılacağı gözlənilir. Burada şəraitin Mars atmosferini xatırlatdığı bildirilir. Kompozisiyalı materiallardan (şüşə lif və ya kömür lif) yaradılan planerin qanadlarının uzunluğu 61 sm, çəkisi 0,5 kq təşkil edir.

 
Agentlik “Prandtl-m” aparatının Yer atmosferi şəraitində ümumilikdə üç sınağını keçirməyi planlaşdırır. İlk sınaq zamanı planer kamera, eləcə də Yer atmosferinin böyük yüksəkliklərində şüalanmanın ölçülməsi üçün nəzərdə tutulan radiometr ilə təchiz ediləcək. “Prandtl-m”ın 2016-cı ildə keçiriləcək ikinci sınağı planerin sonradan start yerinə dönməklə beşsaatlıq uçuşunu nəzərdə tutur. Həmin vaxt aparatla birlikdə “CubeSat” peykinin buraxılması planlaşdırılır.
 

İlk iki sınağı uğurlu olacağı təqdirdə üçüncü dəfə “Prandtl-m” ilə birlikdə 137 km hündürlükdə Yerətrafı orbitə buraxılan “CubeSat” peyki sonradan Yerə yaxınlaşdıqca planer 35-33 km hündürlükdə işləməyə başlayacaq.  
 
Sınaqlar uğurla başa çatsa, “NASA”-nın 2022-2024-cü illərdə Marsa kosmik aparatla bilikdə "Prandtl-m” hava gəmisinin buraxılışını təsdiq edəcəyi gözlənilir. Onun Mars atmosferində uçuşu on dəqiqədən az olacaq. Bu vaxt ərzində aparat 600 metr uzaqda olmaqla Marsın üzərindən 32 km hündürlükdə uçmalıdır. “Prandtl-m” aparatı Qırmızı planetin səthinin fotoşəkilini yüksək təsvir ölçüsündə çəkəcək, əldə olunan məlumatları isə Yerə göndərəcək. Bundan başqa, aparat Marsətrafı orbitə “CubeSat 3U” peykini buraxacaq, - "Lenta” yazır.  
 




01/07/15    Çap et